“GEOPROJECT” MMC 2015-ci ildə yaradılmışdır. Şirkətin əsas misiyası insan həyatının, təbii ehtiyyatların və ətraf mühitin idarəedilməsi, inkişafı və təhlükəsizliyinin bir sıra istiqamətləri və sahələri üzrə planetimzdə böyük sürətlə yenilənən ən son elmi tərəqqinin və texnologiyaların mənimsənilməsində və tətbiq edilməsində aktiv fəaliyyət göstərməklə müxtəlif xidmətlər təqdim etməkdən ibarətdir. Yarandığı dövrdən etibarən “GEOPROJECT” MMC ayrı-ayrı dövlət təşkilatlarının, yerli və xarici kompaniyaların və fiziki şəxslərin müraciətləri əsasında çoxsaylı uğurlu layihələr, o cümlədən tikinti və təmir işləri , mühəndisi axtarış işləri, topoqrafik tədqiqatlar, geodeziya ölçmələri, “GİS”- in tətbiqi, məkan məlumatlarının təchiz edilməsi və emalı, ərazi planlaşdırılması və digər xidmətlər üzrə böyük həcmdə layihələr həyata keçirmiş, beynəlxalq səviyyəli layihələrin icrası üzrə böyük təcrübəyə mailkdir. Şirkət inşaat prosesinin bütün mərhələlərində sərmayədarların (sifarişçilərin) qarşılaşdıqları məsələlərin həllində, yəni ideyanın yaranmasından layihənin həyata keçirilməsinə qədər bütün mərhələlərdə təcrübə toplamışdır.
Şirkət maliyyə cəhətdən dayanıqlığa, müasir texnologiyalara və yüksək potensiala sahib olmaqla, yerinə yetirlmiş işlərin keyfiyyəti, operativliyi və müştərilərə həssas münasbətinə görə Azərbaycan Respublikasında etibarlı və vicdanlı tərəfdaş kimi tanınmışdır.
Bizim məqsədimiz qarşıda duran vəzifələr üçün daha optimal həll yollarının təklif edilməsindən ibarətdir ki, bunlar da təkcə mövcud fəaliyyət növlərinin effektivliyinin artırılması ilə deyil, həmçinin daimi və potensial müştərilərin işgüzar maraqlarının daha geniş dairəsini əhatə etməklə istehlakçıların tələblərinə tam cavab verməlidir. Biz ən yaxşı inşaat şirkətlərindən biri olmağa və inşaat biznesinə yüksək texnoloji yanaşma nümayiş etdirməklə, lider adı qazanmağa can atırıq.
Təcrübə, peşə biliklərinin daim təkmilləşdirilməsi və sonsuz təxəyyül gücü bizim təkrarolunmaz, parlaq və yaddaqalan işlər görməyimizə imkan verir. Bizim komanda bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da qeyri- standart problemlərin həllində təcrübəyə malikdirlər. Bizlərdən hər birimiz öz işini sevir və ən mükəmməl nəticələr əldə etməyə can ataraq yeni biliklərdən və qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır. Bizim şirkətin strukturu istehsalat, maliyyə və yüksək peşəkarlığa malik kadr ehtiyatlarından maksimum effektiv şəkildə istifadə etməyə imkan verir.
Peşəkar iş icraçılarının nəzarəti sayəsində “GEOPROJECT” MMC inşaat prosesinin istənilən mərhələsində hər hansı iş tiklini operativ və keyfiyyətli şəkildə yerinə yetirir.
Keyfiyyət şöbəsinin səriştəli işçilərinin, həmçinin Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf mühitin mühafizəsi üzrə mühəndisin yüksək peşəkarlığı sayəsində obyektlərdə iş qəzalarının sayı minimuma endirilir. Həm təhlükəsizlik texnikası, həm də ətraf mühit aspektləri üzrə bütün iş növləri üçün əvvəlcədən təlimat və dəyərləndirmə aparılır. Şirkətin rəhbərliyinin əməkdaşları dinləmək və onların təşəbbüslərini qəbul etmək bacarığı idarəemənin mükəmməlliyini göstərən mühüm faktordur və şübhəsiz, bu da Keyfiyyətin İdarə olunması Sisteminin tətbiqinə müsbət təsir göstərir.
“GEOPROJECT” MMC fəaliyyət istiqamətləri üzrə xidmətlərin yerinə yetirilməsi üçün müasir avadanlıqlara sahib olmaqla yüksək texniki imkanlara və əmlaka malikdir.
Cəmiyyətə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə tələb edilən fəaliyyət sahələri üzrə müvafiq qurumlar tərəfindən lisenziyalar və icazə sənədləri verilmişdir.